XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 10:05

Rusiyada helikopter qəzası:19 nəfər ölüb

Oktyabrın 21-də axşam saatlarında Rusiyada “Mi-8” helikopterinin Yamalo-Nenets muxtar dairəsində qəzaya uğraması nəticəsində 19 nəfər hadisə yerində ölüb.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, üç nəfər isə dərhal xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün axşam “Skol” aviaşirkətinə məxsus helikopterlə əlaqə bir müddət kəsilib. Sonradan komandir əlaqə yaradaraq bildirib ki, helikopter yanı üstə düşüb, üç yaralı var.

Hadisənin baş verdiyi yer müəyyənləşdirilsə də, mürəkkəb meteoroloji şəraitlə əlaqədar axtarış-xilasetmə qrupu dərhal hadisə yerinə yollana bilməyib. Hazırda axtarış-xilasetmə işləri başa çatdırılıb.