XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 10:53

Dağıstanda antiterror əməliyyatı:4 silahlı məhv edildi

Dağıstanın Qızılyurt rayonunda 2 silahlı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Stalsk kəndi yaxınlığında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları minik avtomobilini saxlayıb yoxlamaq istədikdə maşından onlara atəş açılıb. Başlanmış atışmada maşındakı 2 nəfər qətlə yetirilib.

Hadisə yerində operativ-istintaq qrupu işləyir. Silahlıların şəxsiyyəti müəyyənləşdirilir.

Bundan əlavə, Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı zonasında 2 silahlı məhv edilib. Digər təfərrüatlar  barədə hələ ki, məlumat verilmir.