XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 13:54

“Ağıllı” saatların satışı smartfonlarıgeridə qoyub

Rusiyada “ağıllı” saatların satış göstəriciləri smartfonları üstələyib.
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, mütəxəssislər bu ilin ilk 2 rübü üçün statistikanı təqdim ediblər.
 
Mütəxəssislər bildirir ki, ilk yarımildə Rusiyada “ağıllı” saatların satışı 105 min ədəd təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 70 faiz yüksəkdir. Elektron mallar satan mağaza şəbəkələrinin gəliri isə 4 dəfə artaraq 1,7 milyard rubla çatıb.
 
“M.Video” şirkətinin məlumatına görə, “ağıllı” saatların satışı smartfon satışının həcmini 4 faiz üstələyib, mobil məhsulların satışından əldə olunan gəlirlər isə 30 faiz artıb. “Eldorado” mağazalarından bildiriblər ki, rəqəmsal cihazların satışı “Apple” smart-saatlarının hesabına iki dəfə yüksəlib.
 
Qeyd edək ki, “Svyaznoy” mağazalar şəbəkəsinin direktorlar şurası 2016-cı ilin birinci yarısında Rusiyada elektronika satışının ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 100 min ədəd cihaz satışı həyata keçirildiyini açıqlayıb. Şəbəkənin gəlirləri 1,6 milyard rubla çatıb.