XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 15:00

Klintonun seçki qərargahına göndərilənməktubdakı toz təhlükəsiz çıxıb

İlkin nəticələrə görə, ABŞ prezidenti postuna namizəd Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsinin təxliyəsinə səbəb olan məktubdakı tozun tərkibində təhlükəli maddələr yoxdur.

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, oktyabrın 21-də Klintonun seçki qərargahının Bruklin şöbəsi məktubda aşkarlanan şübhəli tozla əlaqədar təxliyə olunub. Telekanalın məlumatına əsasən, məktub əvvəlcə namizədin Manhettendəki ofisinə göndərilib. Məktubun orada açıldıqdan sonra nəyə görə Nyu-Yorkun digər hissəsinə – Bruklinə yola salındığı məlum deyil.

Nyu-York polisi araşdırmalara başlayıb. Təhqiqata ABŞ-ın Məxfi Xidməti və Fövqəladə Vəziyyətlər üzrə Xidmətinin də qoşulduğu bildirilir.