XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2016 - 16:29

“Barselona” Neymarla müqaviləsini uzatdı- Bu tarixədək

“Barselona” futbol klubunun rəhbərliyi komandanın braziliyalı hücumçusu Neymar Junior ilə müqaviləni yeniləyib.

Azərtac xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 2021-ci ilədək uzadılıb.

“Sambaçı”nın təzminat qiyməti birinci il 200 milyon, ikinci il 220, üçüncü il isə 250 milyon avro olacaq. Müqavilənin müddəti 2021-ci il iyunun 30-da başa çatacaq.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının çempionu olan Neymar “Barselona”nın əsas heyətində keçirdiyi 150 oyunda 91 qol vurub. O, bu müddətdə 62 məhsuldar ötürmə edib.