XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 17:28

Ruhani Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi haqdasazişi təsdiqlədi

Ruhani 3

İran Prezidenti Həsən Ruhani "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə sənədi imzalayıb.

Xatırladaq ki, bu Saziş 2014-cü ilin aprelin 9-da Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində imzalanmışdı.

Cari ilin avqustun 31-də isə Saziş İran İslam Şurası Məclisi (parlament) tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu sənəd Şuraye Neqahban (İran İslam Respublikasının Nəzarət Şurası) tərəfindən də təsdiq edilib. Bu qurum qəbul edilən qanunların ölkə konstitusiyasına və islam qaydalarına uyğunluğuna nəzarət edir(azərtac).