XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 17:39

Gürcüstan parlamentinin deputatlarınarkoloji testdən keçiblər

Gürcüstan parlamentinin deputatları narkoloji dispanserdə yoxlamadan keçiblər.

Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze “Report”a bildirib ki, qanunvericiliyə uyğun olaraq proporsional sistem üzrə parlamentin deputatı seçilmiş şəxslər seçkilərdən sonra iki həftə ərzində narkoloji testdən keçməlidirlər: "Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional sistem üzrə mandat qazanmış 77 deputat narkoloji dispanserdə analiz veriblər. Müvafiq tibb mərkəzi onları yoxladıqdan sonra MSK-ya arayış təqdim edib. Həmin arayışlarda 77 deputatın heç birinin narkotik maddə qəbul etmədiyi göstərilib".

Onun sözlərinə görə, seçki subyektləri – siyasi partiyalar, seçici blokları öz namizədlərinin sağlamlığı haqqında məlumatları MSK-ya təqdim ediblər: "Qanuna əsasən, majoritar qaydada seçiləcək deputatlar isə narkoloji testin nəticələri barədə arayışı namizədlikləri qeydə alınarkən təqdim etməlidirlər. Əgər onlar belə bir arayış təqdim etməyiblərsə, seçkilərdən sonra mütləq şəkildə tibb müəssisələrində yoxlamadan keçəcəklər".