XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 21:35

Jan Klod Van Damm:"ABŞ-ın əsas vəzifəsi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan ibarətdir"

"ABŞ-ın birinci dərəcəli vəzifəsi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır".

"Report" "TMZ" portalına istinadən xəbər verir ki, bunu Amerika aktyoru Jan Klod Van Damm deyib.

Aktyor hesab edir ki, ABŞ-da prezidentliyə ən yaxşı namizəd Respublikaçılar Partiyasından irəli sürülmüş Donald Trampdır.

"Mən Amerikaya heç nəyi nəzərdə tutmadan gəldim və insanların sayəsində ulduz oldum. Amerikada hər şey mənimçün yaxşıdır. Lakin indi Amerikanı biznes kimi idarə etmək lazımdır. Çünki sizdə problem var" – deyə aktyor əlavə edib. 

O, dünya ölkələrinə səyahət etdiyini bildirərək bir sıra təkliflər də səsləndirib: "Bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinlə, İtaliyanın keçmiş baş naziri Silvio Berlusakoni ilə, Donald Trampla, Çində insanlarla görüşmüşəm" – deyən aktyor qeyd edib ki, ABŞ və Rusiyadan başqa digər dövlətlər zəifdir və bu iki güclü ölkə bir-birinin əlini sıxmalıdır.

Seçkiöncəsi yarışmadan danışan aktyor bunları deyib: "Uşaqlar, siz qeyri-siyasi məsələlərdən danışırsınız. İndi bizə Donald Tramp lazımdır"