XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 22:24

Kamerunda qatar qəzası:ölənlərin sayı 73 nəfərə çatıb

Kamerunda qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb.

Azərtac xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, axtarış-xilasetmə əməliyyatlarının gedişində yeni cəsədlər aşkarlanır. Bir qədər əvvəl qəza nəticəsində 60 nəfərin öldüyü və 600 nəfərə yaxın insanın isə xəsarət aldığı barədə məlumat yayılmışdı.

Qəzanın səbəbləri araşdırılır. Nəzərdən keçirilən ehtimallar sırasında qatarın relsdən çıxmasına ona qoşulan əlavə vaqonun təsir göstərib-göstərməməsi də var.