XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2016 - 05:09

ABŞ-ın Müdafiə naziri qəfildən İraqa və Türkiyəyə səfərə çıxdı –Mosul əməliyyatına görə

kater

ABŞ müdafiə naziri İraq rəsmiləri və koalisiya qüvvələri ilə Mosul əməliyyatlarının müzakirəsi məqsədi ilə İraqa səfər edib.

Eş Karterin əvvəlcədən elan edilməyən İraq səfəri o ölkə qüvvələrinin Mosula yaxınlaşdığı vaxta təsadüf edir. Rəsmilərin bildirdiyinə görə, on minlərlə əsgərdən ibarət qoşunun iştirak etdiyi Mosulun geri alınması əməliyyatları həftələr, bəlkə də aylar sürə bilər.

İraq qoşunları Mosulun 20 km-nə çatıblar. Hökumət qoşunları özünü "İslam Dövləti" (İŞİD) adlandıran yaraqlıların əlində olan və daha çox Qaraqoş kimi tanınan şəhərin mərkəzinə giriblər.

Yerli rəsmilərin məlumatına görə, artıq orada İraq bayrağı dalğalanır.

Ölkənin ikinci böyük şəhəri Mosul və ətrafı 2014-cü ildən İŞİD qrupunun əlindədir.

İraq qüvvələri oktyabrın 17-dən Mosulun azadlığı üçün quru və havadan hərbi əməliyyatlara başlayıb.

ABŞ və müttəfiq qüvvələri cümə axşamı İŞİD-in Mosul yaxınlığındakı sulfur obyektini bombalamasından sonra tüstü ilə mübarizə aparmağa çalışır. Hadisə yüzlərlə yerli sakinin zəhərlənməsinə səbəb olub.

Bu gün İraqın "Əl-Simariyə" televiziya kanalının jurnalsiti Əli Raysan Mosul yaxınlığındakı Əl-Şura kəndindəki döyüşlər zamanı həlak olub.

Birləşmiş Ştatların müdafiə naziri Ankaranı İraqın suverenliyinə hörmət etməyə çağırmaq üçün dünən Türkiyədə olub. Eş Karter Türkiyənin yülsək səviyyəli siyasi və müdafiə rəsmiləri ilə görüşüb.

ABŞ müdafiə nazirinin Ankaraya səfəri Vaşinqtonun Mosulun İŞİD cihadçılarından geri alma kampaniyası ətrafında narahatlıqların artdığı vaxta təsadüf edir.

Türkiyə İraqın ikinci böyük şəhəri uğrunda döyüşlərdə rolunu artırmaq istəyir, lakin İraq dövləti Türliyənin hərbi müdaxiləsinə qarşı çıxır. Birləşmiş Ştatlar isə bunun iki ölkə arasında gərginliyin İŞİD-lə mübarizə səylərinə maneə yaradacağından narahatdır.

"Biz bundan əvvəl də hər kəslə İraqın İŞİD ilə mübarizə kampaniyası zamanı bu ölkənin suverenliyinə hörmət edilməli olduğu barədə dəfələrlə danışmışıq" – deyə Karter müxbirlərə bildirib.

Amerikaninsesi.org