XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Oktyabr 2016 - 11:12

Haitidə 174 məhbushəbsxanadan qaçıb

Haitinin şimalında azı 174 məhbus həbsxanadan qaçıb.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, məhbuslar odlu silah ələ keçirərək mühafizəçini öldürüb və divardan aşıblar.

İnsident ölkənin şimalındakı Arkaxay yaşayış məntəqəsində baş verib. Ədliyyə naziri Camille Edouard Juniorun verdiyi məlumata görə, məhbuslardan biri həbsxana divarından yıxılaraq ölüb, ikisi isə insident zamanı yaralanıb.

Hakimiyyət orqanları BMT sülhməramlılarının dəstəyi ilə qaçan məhbusların axtarışına başlayıb.