XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2016 - 11:58

Yaponiya və Britaniya birgə hərbihava təlimlərinə başlayır

Yaponiyanın hərbi hava qüvvələri ilk dəfə Böyük Britaniyanın Kral hərbi hava qüvvələri ilə birlikdə təlimlər keçirəcəklər.

NHK televiziya kanalının yaydığı məlumata görə, Britaniyanın dörd “Eurofighter Typhoon” qırıcı təyyarəsi və “Voyager” hava tankeri oktyabrın 22-də Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasındakı Misava aviabazasına enib.

Məlumatda qeyd edilir ki, Yaponiya özünümüdafiə qüvvələrinin tərkibinə F-15 qırıcı təyyarələrinin də daxil olduğu səkkiz təyyarəsi oktyabrın 24-də başlayacaq təlimlərə qatılacaqlar. Yaponiya və Böyük Britaniyanın hərbi təyyarələri Hokkaydo və Tohoku regionlarının Sakit okean sahilləri yaxınlığındakı hava məkanında məşq edəcəklər.

Birgə hərbi təlimlərin keçirilməsi barədə razılıq cari ilin yanvarında iki ölkənin xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında keçirilən görüşü zamanı əldə edilib.

Təlimlərin noyabrın 3-dək davam edəcəyi bildirilir(azərtac).