ABŞ-ın Palm-Sprinqs şəhərində ağır yol qəzası baş verib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qəzada avtobus yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 13 nəfər ölüb, 31 nəfər xəstəxanaya yerləşdirilib.
Polis və yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerində işləyir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.