XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 22:09

“Sevilya” İspaniya çempionatınınbirinci pilləsinə yüksəlib

İspaniyanın "Sevilya" klubu "La Liqa"nın 9-cu turu çərçivəsində Madridin "Atletiko" klubunu məğlub edərək liderliyə yüksəlib.

"Report" xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Matçda yeganə qolu 73-cü dəqiqədə Stiven N'Zonzi vurub. Rəqib 77-ci dəqiqədə azlıqda qalıb. "Atletiko"nun futbolçusu Koke ikinci sarı vəqərə alaraq meydandan qovulub. Bu, Madrid klubu üçün cari mövsümdə ilk məğlubiyyət olub.

"Sevilya" hazırda 20 xal ilə turnir cədvəlinə liderlik edir. "Atletiko" 18 xalla üçüncü pillədədir.

Növbəti tur "Sevilya" səfərdə "Sportinq"lə qarşılaşacaq, "Atletiko" isə öz meydanında "Malaqa"nı qəbul edəcək.