XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Oktyabr 2016 - 10:17

Həsən Ruhani:“Klinton və Trampın bir-birilərini təhqir etməsinə mat qalmışam”

ruhani

ABŞ-da prezident seçkisi «pislə daha pis arasında» seçim olacaq.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. O, ABŞ prezidentliyinə namizədlərdən heç birinə üstünlük vermədiyini söyləyib: “BMT-də bir dövlət başçısı mənim bu namizədlərdən hansına daha çox önəm verdiyimi soruşdu. Mən ona «pisi daha pisdən, ya daha pisi pisdən üstün tutmalıyam» deyə cavab verdim”.

Ruhani ABŞ prezidentliyinə namizədlərin bir-birinə qarşı çıxışlarının, bir-birilərini təhqir etməsinin onu mat qoyduğunu bildirib. O deyib ki, namizədlər arasındakı debatlar 200 ildir demokratiyadan dəm vuran ABŞ-da ədəb və əxlaqın olmadığını göstərib.

Hakimiyyətdə olduğu müddətdə Həsən Ruhani İranın Qərblə münasibətlərini inkişaf etdirməyə çalışıb. Keçən il o, dünya liderləriylə nüvə razılaşması imzalayaraq İrana qarşı sanksiyaların aradan qaldırılmasına nail olub. ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp isə seçilsə, həmin razılaşmanı ləğv edəcəyinə söz verib. Iranın Ali lideri Əli Xameneyi Trampa cavab olaraq o halda razılaşma haqda sənədi «məmnuniyyətlə yandırarıq» deyib.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.