XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2016 - 12:48

Suriya ordusu Hələbin bir hissəsini azad edib

heleb-ordu

Suriya ordusu Hələbin cənubunda havadan müdafiə bazasını azad edib.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu barədə “Əl-Məyadin” telekanalı məlumat verib.

Suriyia ordusu yaraqlı qruplarla şiddətli toqquşmalardan sonra havadan müdafiə bazasını tam azad edə və terrorçulara ağır zərbə vurmağa nail olub.

Terrorçuların Hələbin şərq ərazilərini raket hücumu ilə hədəfə almalarından sonra hal-hazır bu ərazilərə müvəqqəti sakitlik hökm sürür. Ordu qüvvələri ilə terrorçular arasında ağır toqquşmalar baş verib. Toqquşmalar daha çox Hələbin şərq məhəllələrinə təmərküzləşib. Suriya ordusu Dəməşqin ətrafında da bəzi tarlaları öz nəzarətinə alıb.