XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 08:22

Rusiya 200 qərbli siyasətçini “qara siyahı”ya saldı

Bu sanksiyalar Qərbin oxşar sənədlərini təkrar edir

Картинки по запросу мид россии

Rusiya Qərbin hərəkətlərinə cavab olaraq öz ərazisində görmək istəmədiyi şəxslərə qarşı sanksiya hazırlayıb.

Strateq.az Rusiya KİV-ə əsasən bildirir ki, siyahıyaABŞ və Avropa Birliyi ölkələrindən cəmi 200 antirusiya əhvallı siyasətçi, məmur və ictimai xadim düşüb.

Moskva “qara siyahı”nın təfərrüatlarını açıqlamır. Bu, Rusiya sanksiyasına düşmüş xaricilər üçün sürpriz ola bilər.

Rusiya XİN siyahının genişlənə biləcəyini istisna etmir. XİN təmsilçisi mətbuata bildirib ki, bu sanksiyalar Qərbin oxşar sənədlərini təkrar edir. Qeyd edək ki, Rusiyaya gəlişi qadağan olunanların sayına görə ABŞ vətəndaşları birinci yerdədir – 60 nəfər.

Rusiyaya qarşı sanksiya tətbiq etmiş ölkələrdəki səfirliklərə “qara siyahı” ilə bağlı münasib göstərişlər verilib.