XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 23:35

Ştaynmayer Minsk danışıqlarından danışdı:“İlbiz sürətiylə hərəkət edir”

alman

"Minsk sazişlərinin həyata keçirilməsi prosesi ilbiz sürətiylə hərəkət edir”.

Bu barədə Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, danışıqlarla bağlı hələ ki, heç bir irəliləyiş əldə olunmayıb: “Artıq bir neçə aydır ki, biz irəli getmək üçün əlimizdən gələn hər şeyi edirik, lakin bu işin nəticələrini ancaq lupa ilə görmək bizi məyus etməyə də bilmir”.

Ştaynmayer bildirib ki, Ukraynanın şərqində münaqişənin gərginləşməsinin qarşısı müvəqqəti də olsa, alınıb: “Biz başa düşürük ki, münaqişənin həlli yolları nə tez, nə də asan olacaq. Lakin biz bu proses nə qədər vaxt aparsa da, onun sülh yolu ilə həllinə nail olmaq istəyirik”.

Qafqazinfo