XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 10:50

ABŞ vətəndaşlarına xəbərdarlıq edir:"Türkiyədə terror təhlükəsi var"

Sarı terror

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terror təhlükəsinin əvvəlki kimi yüksək olması barədə xəbərdarlıq edib.

Bazar günü dərc olunan xəbərdarlıqda bildirilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terrorçu qruplaşmalar tərəfindən yüksək təhdid barədə xəbərdarlıq etməkdə davam edir:

"Amerikalılar Türkiyənin cənub-şərq hissəsinə səfərlərdən çəkinməli, ümumiyyətlə, ölkəyə səyahətlə bağlı riski diqqətlə öyrənməlidirlər".

Sənəddə "Türkiyədə iri tədbirlər zamanı, turizm bölgələrində, restoranlarda, ticarət mərkəzlərində, dini ibadət yerlərində, avtobuslarda, körpülərdə, aeroportlarda, metroda və dəniz limanlarında yeni hücumlar"ın ehtimal olunduğu qeyd edilir. 

Trend