XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 14:56

Sərkisyanın 25 milyonluq restoranda toya qatılması… –Erməni KİV-dən sərt reaksiya

serkis-22

"Ermənistan Prezidenti Serj Sərkisyanın başı toylara qarışıb".

Bunu Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qəzet bildirib ki, Sərkisyanın bu günlərdə iki toyda iştirak etdiyini yazıb:

"Prezident 25 milyon dollara inşa olunan “Renesans” restoranında keçmiş qubernator Vayos Dzorun qızının toyuna qatılıb. Digər toy isə “Odjax” restoranında keçmiş polis rəisi Ayk Artünyanın qızının olub. Sərkisyan hər iki toyda iştirak edib və şahidlər prezidentin yetərincə yeyib-içdiyini, şənləndiyini danışırlar. Ölkənin indiki vəziyyətində prezidentin toy bumu yaşaması narahatedici məqamdır”.

Qəzet daha sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış siyasi situasiyaya toxunaraq, ərazilərin qaytarılması məsələsini qeyd edir və bunun fonunda Sərkisyanın toyda kef çəkməsini tənqid edir.

Publika.az