XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 21:51

ABŞ Mosulda qızlar məktəbinə zərbə endirib –Rusiya dağıntı xəbərini verir

qirici-teyyereler

ABŞ Hərbi-HavaQüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən  qızlar məktəbinə zərbə endirib.

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

O, həmçinin oktyabrın 22-də Mosuldan 20 km  şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini bildirib.   

“ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura  yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”, – deyə Rudskkoy əlavə edib.  

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.  

APA