XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 05:29

İranda növbəti prezident seçkilərinin tarixi açıqlandı:Həsən Ruhani yenə namizəd olacaq

ruhani-4

İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib. Onun sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.

Nazirin sözlərinə görə, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində  keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.  

İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.