XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 16:11

Dimitri Peskov:“Putin üçün nə Tramp, nə də Hilları əsas deyil...”

peskov

 “Putin üçün nə Tramp, nə də Hillari əsas deyil.  Əsas Rusiyanın maraqlarıdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov RİA-ya bildirib.

Onun sözlərinə görə, Putin dəfələrlə qeyd edib ki, istənilən dövlətin, o cümlədən ABŞ-ın lideri ilə danışıqlara hazırdır.

“Prezident ikitərəfli əlaqələrin inkişafı məqsədi ilə belə danışıqlara hazırdır. Bu zaman ABŞ-a kim rəhbərlik edəcəyi Putinə aid olan məsələ deyil. Buna ABŞ seçiciləri qərar verməlidir” – deyə Peskov vurğulayıb.