XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 17:29

Rusiyanın müxalifət lideri:“20 ildən sonra dünya həmişəlik olaraq varlı və kasıb ölkələrə bölünəcək”

yavlinski

“20 ildən sonra dünya həmişəlik olaraq inkişaf etmiş və etməmiş ölkələrə bölünəcək”.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın müxalifətçi “Yabloko” partiyasının lideri, tanınmış siyasətçi Qriqori Yavlinski yazıb. Onun sözlərinə görə, bu baxımdan Rusiyanın ikinci cərgədə yer tutacağı təhlükəsi var: “Perspektivdə Rusiya rəhbərliyi  hakimiyyətdən əl çəkmək niyyətində deyil. Hanısasa siyasi və iqtisadi islahatlara olan ümid çox kövrəkdir. Belə görünür, Rusiya həmişəlik inkişaf etməmiş kasıb ölkə kimi qalacaq”.

Yavlinskinin sözlərinə görə, ölkənin miqyasını, dövlət sərhədlərinin qeyri-sabit və qeyri-müəyyən regionlar boyu uzanmasını, zəif iqtisadiyyatını  nəzərə alsaq Rusiyanın suqutu və dünya arenasından çıxması tamamilə realdır.    

“Maraqlıdır, bütün inkişaf etmiş dünya ilə düşmənçilik edən, mütəmadi müharibə həddində yırğılanan ölkəyə kim gəlmək istəyəcək? Əksinə, dövlət statistika rəqəmləri göstərir ki, son 4 ildə ölkədən gedənlərin  həddi 80 faiz təşkil edib ”-deyə siyasətçi qeyd edib.