XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 18:14

KİV:Estoniya növbəti "Şərq Tərəfdaşlığı" sammitinin Brüsseldə keçirilməsini təklif edib

eston

Estoniya tərəfi növbəti "Şərq tərəfdaşlığı" sammitinin əvvəlcədən planlaşdırıldığı kimi, Tallində yox, Brüsseldə keçirilməsini təklif edib.

Bu barədə Estoniya xarici işlər naziri Yürgen Liqi bildirib.

"Məsələnin yalnız Şərqi Avropa yox, bütünlükdə Avropa İttifaqı ölkələrinin cəlb edilməsi ilə müzakirə olunması üçün sammitin Brüsseldə keçirilməsini istəyirik. Bu məsələnin bütün Avropa üçün əhəmiyyət kəsb etməsi zəruridir" – Y.Liqi parlamentdəki çıxışında vurğulayıb.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" sammitinin 2017-ci ilin ikinci yarısında, Estoniya Aİ-də sədrlik edən vaxt keçirilməsi planlaşdırılır.  (Report)