Mosuldakı Telkif qaz emalı stansiyası İraq ordusunun nəzarəti altındadır.
Azərtac xəbər verir ki, bu barədə İraq rəsmi televiziyası məlumat yayıb. Bildirilir ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı çərçivəsində ordunun 16-cı bölüyü Telkif bölgəsindəki qaz emalı stansiyasına nəzarəti təmin edib.