XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 19:57

Ukrayna klubuna agır cəza:6 xalı silindi

Ukraynanın “Dnepr” klubu ağır cəzaya məruz qalıb. FİFA İntizam Komitəsi Dnepropetrovski təmsilçisinin daxili çempionatda 6 xalını silib.
 

Buna səbəb isə komandanın keçmiş baş məşqçi Xuande Ramosa olan təzminat borcunu ödəməməsidi. 2015-ci ilin iyun ayından bəri davam edən araşdırma nəhayət yekunlaşıb. 
 
Bu qərardan sonra Ukrayna Premyer Liqasında 10 oyundan sonra 10 xal toplaya bilmiş “Dnepr”in xalı 4-ə düşüb və klub 12 komanda arasında 11-ci yerə geriləyib.
 
Qeyd edək ki, UEFA Avropa Liqasının 2014/15 mövsümündə təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparmış ukraynalılar finala qədər irəliləmiş, yalnız həlledici oyunda “Sevilya”ya uduzmuşdu (2:3)(apa).