XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 21:23

Bu il Aralıq dənizində 3800 mühacirhəyatını itirib

2016-cı ildə dəniz yolu ilə Avropaya keçmək istəyən 3 min 800-dən çox mühacir həyatını itirib. Bu, müasir dövrün mühacirət tarixinin kədər doğuran rekordudur.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçisi Uilyam Spindler sosial mediada yaydığı açıqlamada bu ilin Aralıq dənizi ilə Avropaya keçməyə can atarkən həlak olan qaçqınların sayı baxımından ən ölümcül il olduğunu bildirib. O qeyd edib ki, ötən il Aralıq dənizində 3 min 771 nəfər həyatını itirmişdi. 2015-ci ildə Avropa sahillərinə 1 milyon 15 mindən çox mühacir gəldiyi halda, bu ilin ötən dövründə onların sayı 327 min 800 nəfər olub.