XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 13:59

“İran Avropa İttifaqına Tehranda ofis açmağa icazə verməyəcək” –Laricani

laricani

İran Avropa İttifaqına (Aİ) Tehranda ofis açmağa icazə verməyəcək.

Trend-in ISNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın insan hüquqları üzrə qərargahının katibi Məhəmməd Cavad Laricani deyib. Bu yaxınlarda Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Aİ-nin İrana münasibətdə strategiyası üzrə məruzənin bəyənilməsini şərh edən M.Laricani bildirib ki, belə ofis "korrupsiya evi" olacaq və İranın məhkəmə hakimiyyəti buna imkan verməyəcək".

Katib deyib ki, Aİ-nin qətnaməsində bir çox problemlər var: "Avropa İttifaqının İrana diktə etmək hüququ yoxdur".

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyi Aİ-nin rəsmi Tehranla münasibətlərin normallaşdırılması barədə qərarını alqışlamışdı.