XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2016 - 11:19

Cozef Baydenə yeni vəzifə təklifi –Klinton komandasını formalaşdırır

Co Bayden

Demokratlar Ppartiyasından prezidentliyə namizəd Hillari Klinton prezident seçildiyi təqdirdə, dövlət katibi postunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenə təklif etmək niyyətindədir.

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzetin xəbərinə əsasən, H. Klinton və onun köməkçiləri C.Baydenə hələlik rəsmi təklif verməyiblər.

Siyahıda bu posta namizəd kimi dövlət katibinin keçmiş müavinləri Uendi Şerman, Bil Berns, Stroub Telbott və Nikolas Berns, dövlət katibinin keçmiş köməkçisi Kurt Kempbel və admiral Ceyms Stavridisin də adı çəkilir.

APA