XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 12:50

Prezidentdən qəribə açıqlama:“Allah dedi ki, bir də söyüş söysən...”

filippin-preezidenti

Filippin prezidenti maraqlı açıqlaması ilə yenidən mətbuatın gündəmindədir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rodriqo Duterte bundan sonra söyüş söyməyəcəyi ilə bağlı Allaha söz verdiyini deyib. 

Prezident bildirib ki, Yaponiyadan geri qayıdarkən təyyarədən səmaya baxıb, hər kəs yatarkən birdən səs eşidib. Qeybdən gələn səs ona “Əgər sən söyüş söyməyə son qoymasan, elə edəcəm ki, bu təyyarə düşsün” deyib.

Prezident həmin səsdən kim olduğunu soruşduqda isə səs ona guya “Əlbəttə, Allaham” deyə cavab verib. Duterte verdiyi sözə əməl edəcəyini qeyd edib.