XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 10:06

Tiflis Moskvaya etiraz etdi

“Müqavilənin imzalanmasını Gürcüstan ərazisinin ilhaqı kimi dəyərləndiririk”

Картинки по запросу иракли гарибашвили

Gürcüstan hökuməti Rusiya ilə Güney Osetiya arasında müttəfiqlik və inteqrasiya haqqında Müqaviləni qeyri-legitim hesab edir.

Stratyeq.az Gürcüstan KİV-ə əsasən xəbər verir ki, ölkənin baş naziri İrakli Qaribaşvili bu gün nazirlər kabinetinin iclasında deyib: “Gürcüstan hökuməti işğal edilmiş Sxinvali bölgəsi ilə Rusiyanın bağladığı müqaviləni neqativ qiymətləndirir. Tiflis müqavilənin imzalanmasını Gürcüstan ərazisinin ilhaqı kimi dəyərləndirir”.

Qeyd edək ki, RF prezidenti Putin və Güney Osetiyanın başçısı Leonid Tibilov martın 18-də Kremldə müttəfiqlik və inteqrasiya barədə müqavilə imzalayıblar. Rusiya prezidenti jurnalistlərə bildirib kii, “sonrakı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi yolunda daha bir mühüm addım atılıb”.

Onun sözlərinə görə, Rusiya ilə Güney Osetiya arasında ümumi müdafiə və təhlükəsizlik məkanı formalaşdırılacaq, gömrük orqanlarının inteqrasiyası təmin olunacaq, dövlətlərarası sərhədin sərbəst keçilməsi tətbiq ediləcək.