XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 21:18

Rusiya XİN:"Dəməşqdə  Rusiya səfirliyi minaatanlardan atəşə tutulub"

rusiya-sefirli-demesq

Dəməşqdə  Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. 

“Mərmilərdən biri diplomatik missiyanın girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,-  məlumatda qeyd olunur.

APA