XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 23:52

““Marşal planı”na bənzər sistem Suriyada həyata keçirilməldir” –Lavrov İran və Suriyalı nazirləri Moskvaya topladı

lavro

Rusiya, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə Moskvada toplantı keçirilib.

Toplantıda Rusiya XİN rəhbəri Sergey Lavrov maraqlı təkliflə çıxış edib.

“II Dünya müharibəsindən sonra Almaniyaya yardım etmək üçün tətbiq edilən “Marşal planı”na bənzər sistem Suriyada həyata keçirilməldir. Mülki əhaliyə qarşı tətbiq edilən sanksiyalar isə daha böyük çətinliklər gətirir. Bu ölkədə siyasi həll yolundan başqa alternativ yoxdur”, – Lavrov bildirib.

Lavrovun iranlı həmkarı Cavad Zərif isə Suriyada sülhü Rusiya-İran ittifaqının bərpa edəcəyini söyləyib.

Suriya XİN rəhbəri Vəlid Müəllim də Hələb şəhərinin mütləq hökumətin nəzarətinə keçəcəyini söyləyib.

Qeyd edək ki, dünən Rusiya lideri Vladimir Putin də konfranslardan birində "Marşal planı"dan danışmışdı.

Axar.az