Büdcəsi 120 milyon dollar olan layihə üzərində iş bir il öncə başlanıb
Türkiyə hərbi gəmilərə qarşı və kəşfiyyatın pilotsuz hava nəqliyyatını məhv etmək üçün lazer silahı yaratmağa hazırlaşır.
Strateq.az Türkiyə mətbuatına əsasən bildirir ki, lazer silahı layihəsini Türkiyənin elmi və texnoloji tədqiqatlar Şurası (TüBİTAK), Aselsan və Bilkənd universiteti birgə hazırlayır. Büdcəsi 120 milyon dollar olan layihə üzərində iş bir il öncə başlanıb.
Türk hərbi mühəndisləri artıq ilk nümunəni uğurla sınaqdan keçiriblər. Sınaq TüBİTAK-ın laboratoriyalarında keçirilib.