İraqda Mosul şəhərinin qərbində yerləşən daha 3 yaşayış məntəqəsi terror təşkilatı olan İŞİD-dən təmizlənib.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Ninova Əməliyyatlar Komandanlığının kapitanı Faysal Yasin məlumat verib. O, agentliyin müxbirinə açıqlamasında Mosul əməliyyatlarının davam etdiyini vurğulayıb.
Faysal Yasin, həmçinin yaşayış məntəqələrinin azad edilməsi əməliyyatı zamanı İŞİD-ə məxsus bomba yüklü dörd avtomobilin də partladıldığını bildirib.