XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 12:14

NASA laboratoriyasında robotun partlamasısəbəbini açıqlayıb

NASA-nın laboratoriyasında 96 batareya elementi hesabına çalışan “RoboSimian” adlı robot partlayışa səbəb olub.

Azərtac “Hi-tech” saytına istinadla xəbər verir ki, hadisə cari ilin iyununda baş versə də, NASA yalnız bu ay robotun alışaraq partlaması ilə bağlı videonu paylaşıb.

Layihənin rəhbərinin sözlərinə görə, robotu çalışdıran həmin batareyalardan biri nasaz olub. Məhz həmin batareya qalan bütün batareyaların partlamasına gətirib çıxarıb. “RoboSimian”ın yaradılmasının məqsədi ciddi hadisələrin baş verdiyi yerdə xilasedicilərə yardım etmək idi. Görünüşünə görə hörümçəyə bənzəyən robot dörd mexaniki ayaq üzərində hərəkət edə, pilləkənlərlə qalxa, qapıları aça və uçqun qalıqlarını təmizləyə bilib.