XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

29 Oktyabr 2016 - 12:36

Misirdə təbii fəlakət:ölən və yaralananlar var

Misirin cənubunda, Kena əyalətində güclü leysan nəticəsində əmələ gələn sel suları körpünü avtomobillərlə birlikdə uçurub. Yerli KİV-lərin yaydığı məlumata görə, üç maşın batıb, dörd nəfər həlak olub, 29 adam zərər çəkib.

Artıq bir neçə gündür Misir güclü yağışların əsarətindədir. Bəzi yerlərdə bütöv məhəllələr suyun altında qalıb. İnsanlar evlərindən çıxa bilmirlər. Su avtomobillərin banına qədər qalxıb.

Bildirilir ki, Qırmızı dəniz əyalətində 14 adam həlak olub, 50 adam yaralanıb. Guruldayan sel suları Safaqa-Kena trasındakı iki şəhərlərarası avtobusu və bir neçə avtomobili sözün həqiqi mənasında yuyub aparıb. Avtomobil yollarının bərbad vəziyyətə düşməsi səbəbindən xilasedicilərin fəlakət zonasına gəlməsi son dərəcə çətinləşib. Bəzi yollar isə sel axınları üzündən bağlanıb.

Qırmızı dəniz, Cənubi Sinay və Süveyş əyalətlərində dəniz limanları bağlanıb(azərtac).