Türkiyənin milli bayramı – Respublika günü münasibətilə oktyabrın 29-da bayram tədbirləri başlayıb.
Bu gün səhər Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Silahlı Qüvvələrin rəhbərləri, siyasi partiya sədrləri və digər rəsmi şəxslər Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.
Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyulub, ruhuna dualar oxunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb(azərtac).
Bayram tədbirləri bütün ölkədə davam edir.