XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 13:46

ABŞ ötən il hərbi kəşfiyyata17,7 milyard dollar xərcləyib

ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda Birləşmiş Ştatların 2016-cı ildə hərbi kəşfiyyata 17,7 milyard dollar vəsait xərclədiyi bildirilir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, nazirlik bu informasiyanın dərc olunmasının hərbi kəşfiyyat proqramı çərçivəsində hər hansı bir məxfi fəaliyyətə təhlükə yaratmadığı qənaətinə gəlib. Lakin Pentaqon hərbi kəşfiyyatın büdcəsi barədə digər məlumatların və proqrama aid təfərrüatların dərc olunmayacağını bildirib. Belə ki, onlar milli təhlükəsizlik baxımından məxfi informasiya sayılır.