XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 14:51

Mərkəzi Afrika Respublikasında polisə silahlı hücum:10 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında bir qrup silahlı şəxsin polislərə hücumu 10 nəfərin ölümü ilə nəticələnib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident ölkənin cənubunda yerləşən Bambari şəhərində baş verib. Hücum nəticəsində həlak olanların 6-sı polis əməkdaşı, 4-ü isə mülki şəxsdir. Bundan əlavə, şəhər ətrafında müsəlmanlar və xristian yaraqlılar arasında toqquşmalarda 15 nəfərin həlak olduğu bildirilir.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında Mərkəzi Afrika Respublikasının Banqi şəhərində müsəlmanların “Seleka” qruplaşması ilə xristian üsyançılar arasında baş verən silahlı toqquşmadan sonra ölkədə vəziyyət xeyli gərginləşib. BMT-nin məlumatına əsasən, münaqişənin davam etdiyi müddət ərzində min nəfərdən çox insan həlak olub, 1 milyon insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.