XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 17:37

Olland:"Parisdə miqrantların qeyri-qanuni düşərgəsi söküləcək"

Parisin şimal-qərbində salınmış qeyri-qanuni miqrant düşərgələri söküləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland paytaxtın qərbində miqrantların qəbul mərkəzlərindən birinə baş çəkərkən deyib: "Biz Kaledəki qeyri-qanuni düşərgəni sökdük. İndi də analoji işləri Parisdə yerinə yetirəcəyik. Fransada belə düşərgələrə göz yuma bilmərik".

Fransa prezidentinin sözlərinə görə, həmin düşərgələrdəki miqrantlar rəsmi mərkəzlərdə yerləşdiriləcək.