XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Oktyabr 2016 - 18:15

“Samsung”un mənfəəti 8 illikminimuma enib

Bu ilin üçüncü rübündə Koreyanın “Samsung” şirkətinin əməliyyat mənfəəti 30 faiz azalaraq 4,57 milyard dollar təşkil edib.

Azərtac “rns.online” saytına istinadən xəbər verir ki, buna səbəb batareyalarında problemlər müəyyən olunmuş “Galaxy Note 7” smartfonlarının geri çağırılması olub.

Şirkətin mobil bölməsində əməliyyat gəlirləri 90 milyon dollar təşkil edib ki, bu da 2008-ci ilin minimumuna bərabərdir.

Bununla belə, bu ilin üçüncü rübündə “Samsung”un gəlirləri 7,5 faiz azalaraq 44 milyard dollar təşkil edib. Mobil bölmədə gəlirlər 15,3 faiz azalaraq 20,29 milyard dollara bərabər olub. Şirkət maliyyə göstəricilərinin, eyni zamanda, mobil bölmənin gəlirlərinin dördüncü rübdə yaxşılaşacağını gözləyir.

Qeyd edək ki, “Samsung” “Galaxy Note 7” qalmaqalından sonra şirkətin 3 milyard dollar itkiyə uğrayacağı gözlənilir.