XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 17:51

Yəmən prezidenti BMT-nin barışıq planıtəklifini rədd edib

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi BMT-nin ölkədə barışıq yaradılmasıyla bağlı təkliflər planını rədd edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, prezident təklifi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Uld Şeyx Əhmədlə görüşdə qəbul etməyib.

Qeyd edək ki, bundan əvvəl BMT Yəməndəki münaqişənin həlli üçün hökumət və üsyançı husilər arasında yeni hakimiyyət strukturunun yaradılmasını təklif edib. BMT-nin yeni planı hər iki tərəfdən bir sıra güzəştlər nəzərdə tutur: husilər paytaxtı tərk etməlidir, bunun qarşılığında vitse-prezidenti postunu tərk edəcək, prezident Hadinin səlahiyyətləri isə ciddi şəkildə məhdudlaşdırılacaq.