XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 19:07

Messinin oğlu “Barselona”dailk məşqinə çıxıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin oğlu Kataloniya komandasında ilk məşqinə çıxıb.

"Report" xəbər verir ki, bu barədə "sport.es" portalının jurnalisti Alberto Roxe öz "Twitter" səhifəsində məlumat verib.

"Messinin oğlu Tyaqo artıq "Barselona"da məşqlərə başladı", – deyə o yazıb.

Dörd yaşlı Tyaqo Messi ilk təlimini "Barselona Məktəbi" layihəsi çərçivəsində alıb. Layihə 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub.