XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 21:13

Həsən Ruhani:“İran Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edə bilər”

İran prezidenti Həsən Ruhani Aİ diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşü zamanı Avropa ölkələri və İran arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə ümidvar olduğunu  bildirib.

Bu barədə İran prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

“İran və Aİ hazırkı potensial və imkanlardan istifadə edərək ikitərəfli münasibətlərdə irəliləyişə nail ola bilərlər.  Zəngin enerji resurslarına malik olan İran uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin edə bilər və özünün nəql imkanlarından istifadə edərək Asiyanın şimalını və şərqini Avropa ilə birləşdirən təhlükəsiz tranzit məntəqəsi ola bilər”, – deyə İran prezidenti qeyd edib.


Qeyd edək ki, Federika Mogerini  bu gün səhər İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.  Həsən Ruhani ilə görüşdən sonra Aİ diplomatiyasının rəhbəri Məhəmməd Cavad Zəriflə ikinci dəfə danışıqlar aparıb(apa).