XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

30 Oktyabr 2016 - 12:06

Ərəb koalisiyasından Yəmənə hava zərbəsi:ölənlərin sayı 45-ə çatıb

yemen

Ərəb ölkələri koalisiyası hərbi qüvvələrinin Yəmənin qərbində yerləşən və husilərin nəzarəti altında olan Hudeydə şəhərinə endirdikləri hava zərbələri nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.

Bu barədə "Reuters" xəbər yayıb.

Məlumata görə, koalisiya qüvvələri hava zərbələrini şənbə günü, gecə saatlarında endiriblər. Ölənlər arasında üsyançılarla yanaşı, şəhərdəki həbsxananın məhbusları da var.

Agentliyin xəbərində bildirilir ki, bombardmana məruz qalmış həbsxanada 80-ə yaxın məhbus olub. Bombardmanları zamanı burada 3 partlayış baş verib.

Qeyd edək ki, ilkin məlumatda 30 nəfərin öldüyü bildirilirdi. Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir.  (Report)