XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2016 - 14:36

Rusiyada ağır qəza:sərnişin avtobusu aşdı: 16 yaralı

Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

"Report" bildirir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib. 5 nəfərin vəziyyəti isə ağırdır.

“Qəza zamanı 16 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var”, – deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır.

Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.