XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 15:39

İraq ordusu daha bir neçə kəndi İŞİD- dən təmizlədi

iraq

İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi İŞİD terror təşkilatının döyüşçülərindən azad edib.

Bu barədə “RİA Novosti” məlumat verir.

Mosulun azad edilməsi əməliyyatlarına komandanlıq edən general-leytnant Əbdüləmir Yaralla bildirib ki, azad edilmiş ərazilərdə artıq dövlət bayrağı ucaldılıb. Bundan başqa, İraq Federal Polisi qüvvələri tərəfindən Mosuldan cənubda Suruc kəndinin azad edildiyi də bildirilir.

Həmçinin Mosulun şərqində Tobruk, Tahraua kəndləri də İŞİD döyüşçülərindən təmizlənib.