XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 21:29

İrandan Ankara-Bağdad gərginliyi ilə bağlı təklif:"Vasitəçi olmağa hazırıq"

İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur son günlər Ankara ilə Bağdad arasında yaşanan gərginliyi yoluna qoymaq üçün vasitəçilik etməyə hazır olduqlarını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rahimpur hələ ki Türkiyə və İraqdan belə bir təklif gəlmədiyini də qeyd edib: «Hələ ki təklif gəlməyib. Bəlkə də bunun üçün bir qədər vaxt lazımdır».

Qeyd edək ki, dünən İranın ali dini liderinin baş məsləhətçisi Əli Əkbər Vəlayəti də oxşar təkliflə çıxış etmişdi.